"Azərbaycanı canla-başla sev, bura olsun sənin vətənin” - Mariya Yerşova

"Azərbaycanı canla-başla sev, bura olsun sənin vətənin” - Mariya Yerşova

Yeni ildə mən Azərbaycanda oldum. Bu ölkədən təsirləndim. Vətənə qayıtdıqdan sonra dostlarım və tanışlarım “azərbaycanlılar orda necə yaşayırlar?”, “Səninlə necə davrandılar?”, “Səni evə çağırdılar?” “Çox qonaqpərvərdirlərmi?”, – deyə məni sorğu-suala tutdular. Doğrusu, sualların çoxluğu məni yorurdu. Çünki insanlar Azərbaycan haqqında çox az şey bilirlər. Televiziyalarımız bu ölkə haqqında qısqanclıqla danışırlar.

Ümumiyyətlə, demək olar ki, heç nə demirlər. Ancaq, sən demə “çirkin ördək balası” deyilən Azərbaycan çox sürətli inkişaf edən bir dövlətdir. Allah bu torpaqları zəngin neft ehtiyatları ilə təmin edib. Ona görə də Azərbaycanın paytaxtı daha çox Nyu-York kimidir! Siz də, mən də zəif, geridəqalmış, kasıb yaşayırıq.

Hətta o qədər pis yaşayırıq ki, pestisid meyvələri və tərəvəzləri yeyirik. Baxmayaraq ki, Qara Torpaq Bölgəsinin münbit torpaqları bütün dünyada məşhurdur. Amma nədənsə özümüz bu barədə xatırlamırıq. Bu səbəbdən ruslara münasibət alçaldıcıdır. Bundan əlavə, Dağlıq Qarabağda Ermənistanı dəstəkləməyimiz həm də azərbaycanlıları bizdən çox incik salır. Bu, onlar üçün olduqca vacib bir mövzudur.

Bununla belə, Rusiya Azərbaycan üçün çox sərfəli bir qonşudur. Çünki bir çox məhsullarımızı onlar tədarük edir. Bizə öz şirin meyvələrinin daha çoxununu göndərirlər. Yəni dost olmasaq da, bir-birimizdən faydalanan vacib ticarət tərəfdaşlarıyıq.

Yerli sakinlərin mənimlə rus dilində danışmamağa çalışdıqlarını gördüm. Hətta gənclərin sovet filmlərinə pərəstiş etdiklərini etiraf etməkdən utandıqlarını eşitdim. Onlar ölkələrinin vətənpərvərləri kimi görünürlər. Amma aralarında ABŞ-a getmək üçün hər il “yaşıl kart” oynayanlar da var. Rusiyanın Dağlıq Qarabağdakı ermənilərə köməyindən sonra Azərbaycanda bizə necə münasibət göstərdiklərini gözlərimlə gördüm.

Bununla belə yerli əhali çox sakit və həddindən artıq qonaqpərvərdir. Beləliklə, heç kim bizə pulsuz yeməyi inkar etmədi və ümumiyyətlə, burada acından ölməyəcəksiniz. İnsanlar tələsik rus dilində haradan gəldiyimizi soruşdular və “rus”u eşidəndən sonra bizi evlərinə qonaq da dəvət etdilər.

Siyasətimizə, tariximizə, Ermənistana kömək etdiyimizə görə heç kim bizi incitmədi. Hər şey sadəcə əla idi. Bu ölkəni çox sevdim.

Bakının mərkəzindən çıxan kimi köhnə daş binalar başlayır. Kəndlərdə insanlar mal-qara, təbii qida ilə maraqlanır, tarixi ənənələri övladlarına ötürə bilməsi üçün uşaqlarını ciddi bir çərçivədə böyüdürlər. Rusiyanın Dağlıq Qarabağdakı ermənilərə köməyindən sonra Azərbaycanda bizə necə münasibət göstərdiklərini beləcə öyrəndim.

Diqqət etdiyim başqa bir vacib şey odur ki, hər kəs azərbaycanlı ola bilər! Bəli, təəccüblənməyin. Bu, Azərbaycana səfərimdən sonra tamamilə mənim fikrimdir. Dili bil və ölkəni canla-başla sev, əsl vətənin kimi.

Diqqət yetirin, mən burada dindən danışmadım. Əlbəttə, bu, vacib bir komponentdir. Lakin İrandan fərqli olaraq, Azərbaycanda sənin hansı dindən olduğunla heç kim maraqlanmır. Əsas odur ki, özünü bu Vətənin övladı sayasan.

Sizə qətiyyətlə tövsiyə edirəm ki, Azərbaycana gedin, yolda dayanın, mütləq kimsə yaxınlaşıb soruşacaq: “Hara gedirsiniz?”, “Köməyə ehtiyacınız var?”.

Unutmayın ki, buradakı məhsullar çox dadlıdır. Burda mətbəxə çox ciddi yanaşırlar. Xülasə, russansa gəl, Azərbaycanda sənin üçün pis heç bir şey olmayacaq!

Mariya Yerşova, Rusiyalı bloger.

Tərcümə etdi: KONKRET.az

Mənbə: konkret.az