Arıların köməyi ilə büst hazırladı - FOTO

Arıların köməyi ilə büst hazırladı - FOTO

Slovakiyalı heykəltəraş Tomas Liberniti qeyri-adi əl işi hazırlayıb.

Redaktor.az bildirir ki, o, 60 min bal arısının şanı ilə Qədim Misir fironunun həyat yoldaşı Nefertitinin büstünü hazırlayıb.

Büst Nefertitinin əsl heykəlinin 3D formatında hazırlanıb. Arı şanı ilə büstün tamamilə örtülməsi 2 il vaxt aparıb.

Əsər mübariz ruhlu qadını və ana təbiətin ecazkarlığını əks etdirir.

Heykəltəraşlıq nümunəsi yanvarın 30-na qədər Amsterdamda nümayiş olunacaq.

Mənbə: redaktor.az