Məşhur filmlərin kamera arxasında qalan qəhrəmanı vəfat edib

Məşhur filmlərin kamera arxasında qalan qəhrəmanı vəfat edib

Məşhur Fransız kaskadyoru Remi Jülyen vəfat edib.

Open.az xəbər verir ki, 90 yaşlı idmançı koronavirusa yoluxaraq, dünyasını dəyişib. Bir neçə gün əvvəl vəziyyəti ağırlaşan Remi Jülyen reanimasiyada gözlərini yumub.

Qeyd edək ki, motokross idmanı üzrə Fransa çempionu olan Remi Jülyen, Alen Delon, Jan-Pol Belmondo kimi görkəmli sənətkarlarla eyni filmlərdə çəkilib.

"Fantomas", "İtalyansayağı qarət", "Taksi" və s. filmlərdə müxtəlif tryukları məharətlə ifa edən Remi Jülyen, 2010-cu ilədək kinoda fəaliyyət göstərib.

Mənbə: open.az