Müğənnidən səmimi etiraflar: “Ərdoğana heyranam, ona aşiqəm”

Müğənnidən səmimi etiraflar: “Ərdoğana heyranam, ona aşiqəm”

Məşhur müğənni Sərdar Ortaç Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və onun liderliyinə heyran olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, 50 yaşlı müğənni bu barədə “Posta” qəzetinə verdiyi müsahibədə danışıb.

“Mən Atatürkçüyəm, cümhuriyyəti quran Ataya heyranam və onu sevirəm. Amma mən Ərdoğanın liderliyinə də aşiqəm. Fikrimcə, hazırda Ərdoğan yeganə liderdir. Bunu deyəndə “Sən Tayyib tərəfdarısan” deyirlər. Belə bir şey yoxdur. Vətəndaşı qoruyan mənim üçün liderdir. Ərdoğan da vətəndaşlarını qoruyur”, - Ortaç bildirib.

Mənbə: teleqraf.com