"Survivor"da növbəti gərginlik - FOTOLAR

"Survivor"da növbəti gərginlik - FOTOLAR

Çəkilişləri Dominikan Respublikasında reallaşan "Survivor" da növbəti dava baş verib.

Open.az türk mətbuatına istinadən bildirir ki, aktyor Cemal Hünalın layihəni tərk etməsindən sonra "Məşhurlar" və "Könüllülər" komandası toxunulmazlıq uğrunda mübarizə aparıblar.

Lakin, yarış zamanı böyük dava düşüb. Belə ki, "Məşhurlar"dan Çağrı Atakanla, "Könüllülər"in üzvü Dora arasında uzun müddət davam edən gərginlik yaşanıb.

İkili arasındakı mübahisəyə digər komanda üzvləri də qatılıb. Nəticədə dava böyüyüb. Mübahisə zamanı Çağrı Atakan etdiyi qəribə hərəkətlərlə xeyli diqqət çəkib.

Mənbə: open.az