Aktirisa Günel: Qadının gözəlliyi onun sirli olmasıdır- Müsahibə

Aktirisa Günel:  Qadının gözəlliyi onun sirli olmasıdır- Müsahibə

XəbərAl.az saytı aktirisa Günel Namiqqızından bu günki, gündəm də olmaqla bağlı müsahibə alıb.

Həmin müsahibəni olduğu kimi sizlərə təqdim edirik:

Salam necəsiniz Günel xanım?

– Çox sağ olun. Minnətdaram.

Sizi jurnalist kimi təqdim edək, yaxud aktirisa kimi?

– Peşəm jurnalistdir, hobbim aktrisalıq, təqdim etməyi ixtiyarınıza buraxıram.

Daha çox hansı sahədə özünüzü tapmısınız?

-Jurnalistika həyatımın ayrılmaz parçası, aktrisalıq vəziyyətlə bağlıdı. Əgər xoşuma gələn rol olarsa orda özümü sınamaq istəyərəm. Xarakterik obrazları sevirəm. Bütün bunlardan əlavə ən böyük arzum xeyriyyəçi olmaqdı. İnsanlara yardım etməyi sevirəm. Filmlərdə prodüsser kimi də çalışmışam. Bu iş də bacarığım olduğunu düşünürəm. Sualınıza cavab olaraq onu deyə bilərəm ki, insan hər gün axtarışdadı, hər gün özünü tapırsanmı? Bu hələ ki, mənim üçün sual olaraq qalır, çünki özümü bu gün harda yaxşı hiss edirəmsə ordayam

İrəli getmək üçün nə etmək lazımdır?

-Hər bir uğurun təməlində zəhmət dayanır. Hədəfin varsa, irəlləyiş də olacaq.

Sponsor nəyə deyilir?

-Yaxşı bir işə sərmayə ayıran, eyni zamanda öz məhsulunu da səviyyəli şəkildə reklam edən sponsoru mən də axtarıram, yaxşı layihəm var. (Gülür)

Həyatınızda kimsə var?

-Hər insanla yola gedə bilmərəm, kriteriyalarıma uyğun insan isə hələ qarşıma çıxmayıb.

Niyə hər gün canlı yayımlar edirsiniz?

-İnsanları sevirəm, ünsiyyət qurmağı da. Hər kəsin öz auditoriyası olduğu kimi, mənim də tamaşaçım, hətta fanatlarım var. Maraqlı mövzularda söhbətlərimiz olur. Nəyi pisdi?

Məşhur olmaq üçün soyunmaq mütləqdir?

-Deməzdim. Qadının gözəlliyi onun bir az da sirli olmasındadı.

Kişi dostunuz çoxdu və yaxud xanım?

-Əlli əlliyə ola bilər.

Öz işinizlə məşğulsunuz?

-Hələ ki, yox. Amma arzu etdiyim gün uzaqda deyil.

Azərbaycan yoxsa avropa?

-Siz deyin Bakı yoxsa Cəbrayıl. Xarici ölkələri yetərincə gəzmişəm, Azərbaycan mənim üçün dünyanın mərkəzidi.

Kinoda baş rola çəkilmək üçün mütləq rejissorla yaxın olmalısan?

-Baş rolda çəkilmişəm, rejissorumu qardaşım qədər çox istəmişəm və biz hələ də ailəvi dostlarıq.

İçki içirsiniz?

-İçkidən çox uzağam. Maşınla içki bir birinə düşməndi

Nə zamansa şoubiznesə qatılacaqsınız?

-Mən kinonu sevirəm, kino isə sənətdir, şou biznes deyil.

Sizə elə gəlmir yerində addımlayırsınız?

-Əsas addımlayıram, geri yox irəli. Hər kəsin öz zamanı var.

Gələcək planlarınız

-Onu gələcək göstərər. Bu yaxınlarda yeni uğurlarımla sizi tanış edərəm. Görüşərik…

Təşəkkür edirik.

Mənbə: xeberal.az