“Arka sokaklar”ın aktyoru 38 yaşında vəfat etdi

“Arka sokaklar”ın aktyoru 38 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru Ercan Yalçıntaş vəfat edib.

Cebhe.info xəbər verir ki, sənətçi Bursanın Osmanqazi rayonunun Sırameşeler məhəlləsindəki evində dünyasını dəyişib.

38 yaşlı sənətçinin saxta içkidən zəhərləndiyi təsbit edilib. Məlumata görə, Ercan Yalçıntaş əvvəllər alkoqollu içki asılılığından müalicə olunub.

Qeyd edək ki, Azərbaycanda da sevilən “Arka sokaklar” televizizya serialında rol almış Ercan Yalçıntaş
“18 Mart” universtetinin “Gözəl sənətlər” fakültəsinin “aktyorluq ixtisası) bitirib.

Aktyor müxtəlif vaxtlarda “Payitaht”, “Evə dönüş”, “Vatanım sensin” və “Türkan” seriallarında da rol alıb.

Aydın

Mənbə: cebhe.info