"Disney" rekordçu layihəsinin davamını çəkir: "Zootopiya 3" gəlir - FOTO

"Disney" rekordçu layihəsinin davamını çəkir: "Zootopiya 3" gəlir - FOTO

"Disney" studiyası "Zootopiya" cizgi filminin üçüncü hissəsi üzərində işlərə başladığını rəsmən təsdiqləyib və yeni ekran işinin loqosunu təqdim edib.

Bu barədə "Variety" nəşri məlumat yayıb.

Animasiyanın davamı üzərində işlərin aparıldığı D23 fanat tədbirində elan olunub. Bildirilir ki, cizgi filminin ikinci hissəsi rekord uğur qazanıb: o, dünya prokatında 1,8 milyard dollar gəlir əldə edərək "Disney" tarixinin ən çox kassa gəliri toplayan layihəsi olub.

"Zootopiya"nın ilk hissəsi 2016-cı ildə ekranlara çıxıb. Cizgi filmində polisdə işləməyə başlayan dovşan Cudi Hops və dələduz tülkü Nik Uaylddan bəhs edilir. Qəhrəmanlar cinayət işini araşdırmaq üçün birləşmək məcburiyyətində qalmışdılar.

Disney rekordçu layihəsinin davamını çəkir: Zootopiya 3 gəlir - FOTO

Doqquz il sonra, 2025-ci ildə Nikin polis və Cudinin tərəfdaşı olduğu ikinci hissə təqdim edilib. Onlar birlikdə sürünənlərin yoxa çıxması ilə bağlı işi araşdırır və Qari adlı ilanla tanış olurlar.

Cudi və Qarini səsləndirən aktyorlar Cennifer Qudvin və Ke Hüy Quan öz personajlarının üçüncü hissədə də yer alacağını təsdiqləyiblər.

Həmçinin məlumdur ki, yeni cizgi filmində şəhərə quşların gəlişindən bəhs ediləcək. Ekran işinin premyera tarixi hələlik açıqlanmayıb.

Mənbə: oxu.az