Məşhur amerikalı aktyor Conni Depp əfsanəvi "Karib dənizinin quldurları" franşizasının altıncı filmində çəkilmək üçün danışıqlar aparır.
Bu barədə məlumatı prodüser Cerri Brukhaymer təsdiqləyib.
"Biz Conni ilə danışıqlar aparırıq, ssenari üzərində işləyirik və ümid edirik ki, bu layihəni həyata keçirə biləcəyik", - deyə o, "Independent" qəzetinə açıqlayıb.
Maraqlıdır ki, aktyorun özü hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Ağarza Elçinoğlu
Mənbə: unikal.az