"Aşkı memnu"dakı malikanə muzey olub - FOTO

"Aşkı memnu"dakı malikanə muzey olub - FOTO

"Aşkı memnu" serialının çəkildiyi malikanə xalça muzeyi kimi istifadəyə verilib.

Redaktor.az xəbər verir ki, ilk dəfə sərgiyə görə istifadə olunan evdə amerikalı fotoqraf, etnoqrafik əşyalar və tekstil kolleksioneri Jozefin Povellin 1970-ci ildə ərsəyə gətirdiyi kilimlər də yer alıb.

Sərgi böyük marağa səbəb olub.

Qeyd edək ki, serialda baş rolları aktyorlar Səlçuk Yöntəm, Beren Saat, Kıvanç Tatlıtuğ, Nəbahət Çehrə, Hazal Kaya canlandırmışdı.

//Axşam.az

 

Mənbə: redaktor.az