Dünya gözəli elə paylaşım etdi ki... - FOTO

Dünya gözəli elə paylaşım etdi ki... - FOTO

Dünya gözəllik yarışmasının 2000-ci ildə qalibi və hind aktrisası Priyanka Çopra sosial şəbəkədə arxiv fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, 17 yaşında çəkdirdiyi şəklini "Instagram" hesabında izləyiciləri ilə bölüşən aktrisanı tanımaq mümkün olmayıb.

Priyankanın bəzi pərəstişkarları onun yeniyetməlik dövründə eybəcər olduğunu, tanıya bilmədiklərini, bəziləri isə "estetik gözəli" olduğunu yazıblar.

Mənbə: publika.az