Koronavirusa yoluxan SSRİ Xalq Artistindən xəbər var

Koronavirusa yoluxan SSRİ Xalq Artistindən xəbər var

SSRİ Xalq artisti, Rusiyanın görkəmli teatr və kino xadimi Alisa Freyndlixin vəziyyəti stabilləşir.

Open.az xəbər verir ki, ötən ilin son günlərində koronavirusa yoluxaraq, xəstəxanaya yerləşdirilən və səhhəti ağır olan Alisa Freyndlixi reanimasiya şöbəsindən müalicə şöbəsinə keçiriblər.

Səhhəti getdikcə normallaşan aktrisanın son durumu ilə bağlı xəbərləri Tovstonoqov adına Teatrın rəhbərliyi yayıb. Məlum olub ki, Alisa Freyndlix hazırda müalicə kursu keçir.

Xatırladaq ki, 2020-ci il dekabrın 25-də xəstəxanaya yerləşdirilən aktrisanın səhhətində yanvarın 21-dən sonra stabilləşmə müşahidə olunub.

Ülviyyə Həsənqızı

Mənbə: open.az