lkin Misgərlinin "Zeynəb"i FOTOLAR

lkin Misgərlinin "Zeynəb"i FOTOLAR

"Qılman" obrazı ilə məşhurlaşan aktyor İlkin Misgərli üçün özəl gündür. SİA-nın məlumatına görə, aktyorun qızı Zeynəbin doğum günüdür.

Bu haqda onun özü xəbər verib. Belə ki, sosial media hesabında övladının tək və onunla birgə çəkdirdiyi şəkilləri yayımlayıb və Zeynəbin ünvanına təbriklər yağdırıb: "Canım qızım, ad günün mübarək. Zeynəbim, sən mənim canımsan.

Allah bütün balaları qorusun!"

Misgərlinin bu paylaşımına sevənləri ilə yanaşı məşhur simalar da rəy yazıb. Onlar İlkinin qızını özəl günü münasibəti ilə təbrik ediblər.

 

Mənbə: sia.az