Məşhur aktrisanın bacısı reanimasiyaya yerləşdirildi

Məşhur aktrisanın bacısı reanimasiyaya yerləşdirildi

Türk kinosunun məşhur aktrisası Müjde Arın bacısı, Mehtap Ar xəstəxanaya yerləşdirilib.

Open.az xəbər verir ki, 2,5 ildir ağciyər xərçəngi ilə mübarizə aparan Mehtap Arın vəziyyəti ağırlaşıb.

Reanimasiyaya yerləşdirilən sənətçinin son durumu ilə bağlı bacısı Müjde Ar məlumat yayıb. Onun sözlərinə görə bacısının beyninə qan sızıb. Hazırda xəstəxanada olan Müjde Ar, Sezen Aksunun da onların yaynında olduğunu söyləyib. Müjde Ar bacısı Mehtap üçün hər kəsin dua etməsini istəyib.

Qeyd edək ki, Mehtap Ar 1957-ci ildə İstanbulda məşhur şair Aysel Gürel və jurnalist Vedat Akın‘nın ailəsində doğulub.

Mənbə: open.az