Türk kinosunun məşhur aktyoru prezidenti təhqir etdi, xalqı ağılsız adlandırdı

Türk kinosunun məşhur aktyoru prezidenti təhqir etdi, xalqı ağılsız adlandırdı

Türk kinosunun tanınmış komediya aktyoru İlyas Salman ötən gün qatıldığı televiziya proqramında gündəmi alt-üst edən çıxış edib.

Open.az xəbər verir ki, Türkiyədə solcu fikirləri ilə tanınan İlyas Salman: "Rəcəb Tayyib Ərdoğan mənə mükafat verəcəyini desə və mükafatla bərabər böyük miqdarda pul da verəcəyini bilsəm, onun əlindən mükafat almağa getmərəm. Ağılsız xalq ona səs verdi, o, isə bu səslərin istiqamətini pis tərəfə yönəltdi" deyərək Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən aktyor çıxışının davamında dini inancının da olmadığını bəyan edərək: "Axirət inancım yoxdur. Ölümdən qorxuram. Çünki axirətə, cənnət və cəhənnəmə inanmıram. Əgər cənnət və cəhənnəm varsa, mən cəhənnəmi seçirəm. Çünki orada cəhənnəm zəbanilərinin qaynadığı qazanların istisində oturmaq niyyətindəyəm" söyləyən İlyas Salman kin və nifrət toxumlarını uzun illərdən sonra yenidən səpməyə davam edib.

Belə ki, bir neçə il əvvəl televiziya proqramlarının birində: "39 yaşımda qızım var. Hələ ailə qurmayıb. Mənə deyirlər ki, qızını ərə ver. Mən isə bu sözü söyləyənlərə qadın dəllalı deyiləm. Qızımı sata bilmərəm" deyə mənasız açıqlama etmişdi.

İlyas Salmanın içkiyə meylli olduğu və bu səbəbdən 66 yaşlı aktyorun zaman-zaman sərxoş halda etdiyi təhqiramiz çıxışlarının ardı-arası kəsilmir. Ölkənin prezidentini, xalqını, dini, Allahı təhqir edən aktyorun kin və niftət dolu fikirlərinə görə Türk xalqından üzr istəməsi tələb olunub.

Türk xalqını ağılsız və axmaq adlandıran İlyas Salmana qarşı sosial mediada təpkilər durmadan artır.

Xatırladaq ki, İlyas Salman 1954-cü il fevralın 14-də Malatya şəhərinin Arquvan qəsəbəsində anadan olub. Uzun illər oynadığı filmlərə görə milliyətcə kürt hesab edilib. Amma 2007-ci ildə mətbuatda çıxış edərək Türkmən Alevisi olduğunu açıqlayıb. Uzun illər teatr və kinoda müxtəlif obrazlar ifa edən aktyor, Türkiyə Kommunist Partiyasının fəallarından biri olub. Hər bir dövlətin inqilab və çevrilişlərə ehtiyacı olduğunu dəfələrlə dilə gətirən İlyas Salman qızının adını da Devrim qoyub.

Ülviyyə Həsənqızı

Mənbə: open.az