88 yaşında ilk albomunu çıxardı

88 yaşında ilk albomunu çıxardı

Britaniyalı aktyor Entoni Hopkins ilk tammetrajlı musiqi albomunu təqdim edib.

Bu barədə məlumat striminq xidmətlərindəki siyahılarda yer alıb.

“Quzuların səssizliyi” filmindəki Hannibal Lekter rolu ilə tanınan sənətçi bu albomu 88 yaşında buraxıb.

“Life Is a Dream” adlanan albom Hopkinsin son 60 il ərzində bəstələdiyi 12 orkestr kompozisiyasından ibarətdir.

Mənbə: qafqazinfo.az