Harri Potterin macəraları barədə serial hazırlanacaq

ABŞ-ın HBO teleşirkəti sehrbaz Harri Poterin macəraları barədə serial hazırlayacaq.

Bu barədə “Hollywood Reporter” xəbər yayıb.

Bildirilir ki, hazırda şirkət franşizanın sahibi “Warner Bros.” film studiyası ilə birlikdə ssenaristlər axtarır və onlarla yeni seriallar üçün ideyaları müzakirə edir.

Ancaq tərəflər yalnız danışıqlar aparılır, heç bir razılaşma əldə olunmayıb.

O da vurğulanır ki, bir neçə vəziyyət layihənin həyata keçirilməsinə mane ola bilər. Birincisi Harri Potter kitablarının müəllifi Coan Roulinq serialın yaradılması fikrini təsdiqləməlidir.

Bundan sonra şirkətlər Harri Potter ilə əlaqəli filmlərin və müxtəlif məzmunun yayımlanmasına dair müqaviləyə sahib olan “NBCUniversal” media korporasiyası ilə danışıqlar aparmalıdır.

Harri Potter barədə kitablar seriyası (1997-2007) 400 milyon nüsxə tirajla nəşr olunub və 65 dilə tərcümə edilib.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Dünya ölkələrinin müdafiə xərcləri artıb

SONRAKI XƏBƏR

Yanğınsöndürənin başına kondisioner düşdü - VİDEO