Konsertdə koronavirusdan bu yolla qorundular - FOTO

Amerika Oklahoma ştatında "The Flaming Lips" rok qrupunun qeyri-adi konserti reallaşıb.

Redaktor.az xəbər verir ki, tamaşaçılar konserti koronavirusdan qorunmaq üçün şəffaf hava balonunun içində izləyiblər.

Üç nəfərlik balonların içində isə səs dinamikləri, içməli su, hava vintilyatoru, "tualetə getmək istəyirəm" və "istidir" tablosu olub.

Qeyd edək ki, musiqiçilər də səhnəyə hava balonunun içində çıxıb.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

İtin dişlədiyi qadın gözünü itirmək təhlükəsi ilə üzləşdi - ANBAAN VİDEO

SONRAKI XƏBƏR

Dünya ölkələrinin müdafiə xərcləri artıb