Görkəmli xanım tarixçimiz Sara xanım Açurbəylinin doğum günüdür- 115 il

Teref.az yazır ki, bu gün Azərbaycanın çox qiymətli sərvətlərindən birinin , görkəmli Azərbaycan alimi, tarixçisi və şərqşünası.100 ən böyük Azərbaycanlı sırasında olan "Napoleon ürəkli qadın "(Ziya Bünyadov ) Sara Balabəy qızı Aşurbəylinin doğum günüdür
...Aşur xan Avşar ,İsa bəy Aşurbəyov ,Nabat xanım Aşurbəyova, Hacı Əjdər bəy Aşurbəyov ,Teymur bəy Aşurbəyov ,Bala bəy Aşurbəyov ,İsgəndər bəy Aşurbəyov ,İqor aşurbəyli.... və Sara xanım Aşurbəyli...

...O, 1906-cı il yanvarın 27-də neft milyonçusu Balabəy Aşurbəyovun ailəsində doğulmuşdur və bu üzdən ailәsinin maddi durumunu nәzәrә alanda әksәriyyәtinә elә gәlirdi ki, onun çox xoşbәxt vә firavan һәyat yolu olacaq. Amma һәyatın öz qanunları var.Sara xanımın atası Balabәy Aşurbәyov 1882-ci ildә Bakının Sabunçu qәsәbәsindә anadan olub. O, xeyirxaһ әmәllәr yiyәsi vә sәxavәtli messenat kimi tanınırdı1918-ci ildəki məlum hadisələr bu ailədən də yan keçmir və öncә qardaşı Әli bәy, sonra isә Balabәy özü һәbs olunur.Qısa müddətdə ata və anasını itirir
Qısaca deyim ki ,Sara xanım Aşurbəyli həm də XX əsrin inqilabdan əvvəlki, sovet və postsovet dövrlərindəki Azərbaycan qadınının yeni obrazının təcəssümü idi.
Onun"Bakı şəhərinin tarixi: Orta əsrlər dövrü", "Şirvanşahlar dövləti (VI –XVI əsrlər)" və yüzlərlə elmi məqalələri Azərbyacan tarixinin incilərindəndir Hahaqdan Ziya Bünyadov onu "Napaleon ürəkli qadın" adlandırmamışdı ....
..96 yaşında vәfat edәn Sara Aşurbәyliyә
- " Sizin ömrünüz һeç dә sadә bir insan ömrü olmayıb, nә vaxtsa memuar yazacaqsınızmı?" sualanı verәndә görkәmli tarixçi belә cavab verir: ----
- "Bilirsiz, mәn bәlkә dә һeç nә yazmayacam. Çünki mәnim ömrüm doğmalarımın itkisi, dövrün vә insanların әdalәtsiz münasibәtlәri, xәyanәtlәriylә dolu keçib. Bunları yazmaq o һadisәlәri yenidәn yaşamaq demәkdir. Mәn bunu bacarmaram..."
Bu taleyin әn sәrt zәrbәlәri qarşısında belә әyilmәyәn, bütün ömrünü Azәrbaycan tarixinә һәsr edәn, tәkcә öz ömrünü yox bütöv bir millәtin ömrünü vә onun ağrı-әzablarını yaşayan Sara xanımın ilk vә son etirafı idi. ..
Allah rəhmət Eləsin ..!
Baba Allahnezerov

Teref.az

ƏVVƏLKİ XƏBƏR

G7 ölkələrinin Navalnı tələbi

SONRAKI XƏBƏR

ABŞ-ın yeni müdafiə nazirinin qarşısında duran vəzifələr