Məşhur İsveç dramaturqu Lars Nuren vəfat edib

Məşhur İsveç dramaturqu Lars Nuren vəfat edib

Dünya şöhrətli dramaturq Lars Nuren vəfat edib.

Open.az xəbər verir ki, 77 yaşlı dramaturq ötən gün Stokholmda Covid-19 virusuna yoluxaraq dünyasını dəyişib.

Lars Nurenin dram əsərləri dünyanın bütün teatr səhnələrində tamaşa qoyulub. Lars Nuren dram əsərləri ilə yanaşı, şair, ssenarist, teatr rejissoru kimi də məşhur olub.

Mərhum dramaturqun "Müharibə" əsəri 2013-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində, rejissor Bəhram Osmanovun quruluşunda tamaşa qoyulub və dram əsəri bugünədək Teatrın repertuarındadır.

Lars Nurenin vəfatı dünya ədəbiyyatı və teatr sənəti üçün böyük itkidir.

Ülviyyə Həsənqızı

Mənbə: open.az