"Keçmiş həyat yoldaşım yalvarır ki, barışaq"

"Keçmiş həyat yoldaşım yalvarır ki, barışaq"

Müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşının onunla barışmaq istədiyini deyib.

Open.az xəbər verir ki, sənətçi bu haqda "Həmin Zaur" proqramında deyib. O bildirib ki, ailəsinin dağılmasına səbəb övladının olmaması olub:

"Kişilər bəhanələr gətirir. Hər şeyi qadının boynuna atmaq olmaz. Kişi var ki, gedir, günlərlə evə gəlmir. Ailənin bəzi parametrləri var, onu pozmaq olmaz.

Övladım olmadığı üçün ayrılmışam. İndi həyat yoldaşım yalvarır ki, barışaq. Hamı məni yaxşı tanıyır, səhv hərəkətim yoxdur. Çörək pulumu qazanıb, otururam. İndi imkanım olsa, müğənnilikdən gedərəm". 

Mənbə: open.az