"Məni soyuq su ilə çimizdirib, sonra döyərdi"

"Məni soyuq su ilə çimizdirib, sonra döyərdi"

Türk arabesk musiqisinin məşhur ifaçısı Cengiz Kurtoğlu qatıldığı televiziya proqramında uşaqlıqda yaşadığı ağır günləri yada salaraq, ağlayıb.

Open.az xəbər verir ki, uşaqlığı ögey ana ilə keçən Cengiz Kurtoğlu : " 4 yaşım olanda anam evi tərk edib, getdi. Atam yenidən evləndi. Mənim dərdlərim də bundan sonra başladı. Balaca uşaq ikən ögey anamdan şiddət gördüm. Qış ayında məni buz kimi su ilə çimizdirərdi. Sonra da döyərdi" deyən müğənni, uşaqlığını yad edərək hönkür-hönkür ağlayıb.

Mənbə: open.az