Məşhur model qəti qərar verdi "Siqaret çəkməyəcəm"

Məşhur model qəti qərar verdi "Siqaret çəkməyəcəm"

Məşhur qaradərili model Naomi Kempbell 2021-ci ilin ilk günlərində həyatının ən mühüm qərarını verib.

Open.az xəbər verir ki, 2021-ci ildə ilk hədəfi olaraq pis vərdişlərdən azad olması 50 yaşlı modelin həyatının dönüş nöqtəsinə çevrilib. Belə ki, Naomi Kempbell uzun illər siqaret çəksə də, artıq siqaretdən uzaq olduğunu açıqlayıb.

Hər gün 1-2 saat okeanda üzdüyünü deyən Naomi Kempbell, bir daha pis vərdişlərdən uzaq olacağını bəyan edib.

Mənbə: open.az