Evinin kirayə pulunu ödəməyən məşhura təzminat davası açıldı

Evinin kirayə pulunu ödəməyən məşhura təzminat davası açıldı

Tanınmış model və aktrisa Defne Samyeli 8 ildir yaşadığı və 2019-cu ilin mart ayından kirayə pulunu ödəmədiyi villasından köçürüləcək.

Open.az xəbər verir ki, bu gün səhər evinə məhkəmə məmurlara gələn Defne Samyelinin qiymətli ev əşyaları hərraca çıxarılır.

Defne Samyelinin evdən köçürülməsi üçün İcra Məhkəməsində təxliyyə davası açılıb. Aylıq 16 min 720 lirə kirayə pulunu iki ilə yaxın müddətdə ödəməyən Defne Samyeliyə 50 min lirəlik təzminat davası açılıb.

Mənbə: open.az