Koronavirusa yoluxan Əməkdar artist vəfat etdi

Koronavirusa yoluxan Əməkdar artist vəfat etdi

Rusiyanın tanınmış teatr və kino aktyoru, RSFSR Əməkdar artisti Yuri Laxin vəfat edib.

Open.az xəbər verir ki, koronavirusa yoluxan aktyor 68 yaşlı aktyor bu gün səhər xəstəxanada dünyasını dəyişib.

Mərhum aktyorun həyat yoldaşı Yelena Laxina mətbuata açıqlamasında bildirib ki, Yuri Laxin dekabr ayından koronavirusa yoluxaraq, xəstəxanada müalicə alırmış. Vəziyyəti ağırlaşan aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Yuri Laxin 1996-cı ildən "Satirikon" Teatrının aktyoru olub.

Mərhum aktyorun kinoda son rolu "Zorge" serialında ifa etdiyi jurnalist Herfer obrazı olub.

Ülviyyə Həsənqızı

 

Mənbə: open.az