UNESCO ilə əməkdaşlığın bəhrəsi - VİDEO

UNESCO ilə əməkdaşlığın bəhrəsi - VİDEO

Yanvarın 26-da AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Folklor İnstitutu nəzdində Xalq musiqi irsi və dastançılıq ənənələri üzrə YUNESKO “Aşıq Şəmşir” kafedrasının yaranması və həmin kafedranın fəaliyyət perspektivlərinin müzakirəsi ilə bağlı onlayn Dəyirmi masa keçirilib. YUNESKO üzrə tanınmış mütəxəssislərin də qatıldığı Dəyirmi masada bu kafedranın yaradılması istiqamətində görülmüş işlərin yekunları və kafedranın fəaliyyət perspektivləri müzakirə edilib.

Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov açıb. Akademik bildirib ki, bu gün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları YUNESKO ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın yüksək səviyyədə olmasında Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO-nun şifahi xalq ədəbiyyatı sənət və musiqi ənənələri üzrə Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.

Sonra Muxtar İmanov sözü AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə verib. Akademik ilk öncə “Aşıq Şəmşir” kafedrasının yaranması münasibəti ilə Folklor İnstitutunun kollektivini və elmi ictimaiyyəti təbrik edib. İsa Həbibbəyli sözügedən kafedranın YUNESKO-da qeydiyyatdan keçməsini önəmli mədəni hadisə kimi qiymətləndirib.

 

Mənbə: www.realtv.az