İlham Əliyevlə yeni təklifimiz var: birgə film çəkək – Mirziyoyev

İlham Əliyevlə yeni təklifimiz var: birgə film çəkək –   Mirziyoyev

Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq, Azərbaycan parkı tikiləcək.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
“Bu gün birlikdə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasını açacaq və Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə start verəcəyik. Xalqlarımızın daha da yaxınlaşması məqsədilə İlham Heydaroviçlə dar tərkibdə müzakirə etdik və “Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında ədəbi körpü” adlı birgə filmin çəkilməsini təklif edirik. Bu, xalqlarımızın, xüsusilə də gənclərin yaxınlaşması üçün çox yaxşı nümunə olacaq.
Bu, başlanğıc kimi qəbul edilməlidir. Xalqlarımızın tarixi və yaxınlaşması haqqında belə filmlərdən ibarət silsilə yaratmalıyıq. Bu ilin payızında Azərbaycanda iki ölkənin aparıcı ali məktəblərinin rektorlarının ikinci forumunun keçirilməsini dəstəkləyirik.”, – deyə Şavkat Mirziyoyev qeyd edib.

Mənbə: www.bakupost.az