Pamela Anderson sosial şəbəkələrdən getdi

Pamela Anderson sosial şəbəkələrdən getdi

53 yaşlı aktrisa Pamela Anderson sosial şəbəkələrdən getdiyini elan edib.

Open.az xəbər verir ki, bu barədə aktrisa instaqram hesabında məlumat verib:

"Bu mənim instaqram, tvitter və feysbukda son postum olacaq. Məni heç vaxt sosial şəbəkələr maraqlandırmırdı. İndi həyatda yerimi tapmışam. Hazırda təbiətdə olmaqdan və oxumaqdan ilham alıram. Mən azadam".

Öz izləyicilərinə təşəkkür edən Pamela onları sosial şəbəkələrdə boş vaxtlarını sərf etməməyə çağırıb:

"Sosial şəbəkələr beyninizi nəzarət altına almaq üçün və pul qazanmaq üçün sizdən istifadə edir".

Qeyd edək ki, Pamela Andersonun instaqramda 1,2 milyon izləyicisi var idi.

Mənbə: open.az