Peris Hilton ana olmağa hazırlaşır - FOTO

Peris Hilton ana olmağa hazırlaşır - FOTO

Amerikalı model, aktrisa və müğənni Peris Hilton ana olmağa hazırlaşır.

“The Trend Reporter” məlumat verir ki, 40 yaşlı məşhur bu məqsədlə süni mayalanma üsulundan istifadə edib.

Ulduz xanımın sözlərinə görə o, oğlan və qız əkizlər dünyaya gətirmək istəyir, məqsədinə çatacağından əmin olmaq üçün süni mayalanma üsuluna müraciət edib.

“Mən həqiqətən inanıram ki, ailə və övladlar həyatın mənasıdır”, - deyə Peris bildirib.

Qeyd edək ki, Hiltonun uşaqlarının atası Karter Reumdur. Cütlük 2019-cu ildən birlikdədir.

Mənbə: milletinsesi.info