Tofiq Bakıxanov nə vaxt və harada dəfn olunacaq? - AÇIQLAMA

Tofiq Bakıxanov nə vaxt və harada dəfn olunacaq? - AÇIQLAMA

"Tofiq müəllim ötən axşam saat 22:00-da vəfat edib".

Bunu Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun oğlu Vahid Bakıxanov deyib.

O qeyd edib ki, T.Bakıxanovun dəfn yeri və vaxtı ilə bağlı hələlik dəqiq məlumatı yoxdur.

"Dəfnlə bağlı hələ nəsə deyə bilmərəm. Yəqin ki, bu gün günortaya kimi məlumat olacaq. Mədəniyyət Nazirliyindən bizə bununla bağlı hələ heç nə deyilməyib", - deyə V.Bakıxanov bildirib.

Xatırladaq ki, Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.

O, ilk musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) alıb.

O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif edilib.

Mənbə: oxu.az