Rusiyalı aktyor 90 yaşında ata olub

Rusiyalı aktyor 90 yaşında ata olub

Rusiyalı aktyor İvan Krasko 90 yaşında ata olub.

Redaktor.az xəbər verir ki, aktyorun altıncı övladı dünyaya gəlib.

Bu barədə İ.Krasko televiziyalardan birində yayımlanan "Əslində" adlı tok-şouda məlumat verib.

Qızı doğulan aktyor, "Sevgi varsa, uşağın olması üçün heç bir əngəl ola bilməz" deyib.

O bildirib ki, uşaq süni mayalanma yolu ilə dünyaya gəlib.

Qeyd edək ki, İvan 29 yaşlı Yuliya Kiçemasova ilə sevgilidir. Cütlük artıq nikah masasına oturmağı planlaşdırır. //Axşam.az

Mənbə: redaktor.az