SSRİ Xalq Artisti reanimasiyaya yerləşdirilib, süni nəfəs aparatına qoşuldu

SSRİ Xalq Artisti reanimasiyaya yerləşdirilib, süni nəfəs aparatına qoşuldu

Yanvarın 2-də koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən SSRİ Xalq Artisti, Rusiyanın görkəmli teatr və kino xadimi Vasili Lanovoyun səhhəti ağırlaşıb.

Open.az xəbər verir ki, vəziyyəti ağırlaşan sənətkarı təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər.

Hazırda süni nəfəs aparatına qoşulan 87 yaşlı qocaman sənətkarın son durumu ilə bağlı Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının direktoru Kirill Kryuk məlumat yayıb. Onun sözlərinə görə, həkimlər Vasili Lanovoyu həyata qaytarmaq üçün əllərindən gələni edirlər.

Qeyd edək ki, Vasili Lanovoyun həyat yoldaşı, Xalq artisti İrina Kupçenkonun səhhəti stabilləşib.

Həkimlər İrina Kupçenkonu xəstəxanadan evə buraxsalar da, İ.Kupçenko həyat yoldaşı ilə birlikdə xəstəxanada qalmağa üstünlük verib.

Ülviyyə Həsənqızı

 

Mənbə: open.az