Elşad Xoseyə dair daha bir müəmma: “Bir azdan sükut pozulacaq”

Elşad Xoseyə dair daha bir müəmma: “Bir azdan sükut pozulacaq”

Elşad Xose sosial media hesabında dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, o, “Instagram” səhifəsindəki fotoların hamısını silərək yalnız bir paylaşımını saxlayıb.

Sözügedən foto 2021-ci ildə yayımlanıb və paylaşımın şərh bölümündə “Bir azdan sükut pozulacaq” ifadəsi yazılıb.

Reperin bu addımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xatırladaq ki, bir müddət əvvəl reperin Maştağada yerləşən Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə iddia yayılmışdı.

Mənbə: yenisabah.az