Qız üstündə döyülən Pərviz: “Başqa gözlə baxdım” – VİDEO

Qız üstündə döyülən Pərviz: “Başqa gözlə baxdım” – VİDEO

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı meyxanaçı Pərviz Bülbülə olub.
Demokratikmusavat.com bildirir ki, məşhur meyxanaçı qız üstündə döyüldüyünü etiraf edib:
"Rəşad Dağlı, Orxan Lökbatanlı, Vüqar Biləcəri və mən Türkiyəyə meyxana tədbiri ilə bağlı getmişdik. Məclisdən çıxdıq, gecə saatları idi. Qaldığımız otel İstanbul şəhərində, Taksim meydanına yaxın yerdə idi. Biz də mağazalara baxa-baxa gedirdik. Mən bir neçə addım arxada qaldım. Qəribə geyimli bir qız əlində spirtli içki ilə düz üstümə gəlirdi. Gəlib düz yaxınımdan ötdü. Mən nə baş verdiyini anlamağa çalışaraq dönüb arxasıyla baxdım. Bu an qarşımda bir oğlan gözümdən möhkəm yumruq vurdu. O an heç nə xatırlamıram, başım gicəlləndi, oturdum yerə. Hələ də bilmirəm ki, o yumruq mənə niyə dəydi? Bəlkə oğlan elə bildi ki, mən qıza sataşıram. Üstümə elə gələn adama nə gözlə baxa bilərəm? Əlbəttə, başqa gözlə baxdım".

 

Mənbə: demokratikmusavat.com