"Qadınsız qalan kişi məhv olar" - Xalq artisti

"Sevmək hissi var, hamının beynindən keçib. Məktəb illərində qaş-gözlə baxırsan və bunlada sevdin, bitdi. 18 yaşdan sonra bilmədən sevirsən, ildırım kimi partlayırsan. Qız, oğlan deyir getmə gözümdən, gedərəm özümdən, tez evlənək. Tez devlənirlər və ayrılırlar. Nədi? Bir-birimizdən elektrik ala bilmədik".

Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev deyib. Müğənni "Elgizlə izlə" proqramında ailəsindən danışıb:

"Bir də var, həyatda gəzirsən, dolanırsan, bişirsən, axtarırsan və düşünürsən ki, həyat yoldaşı lazımdır. Biri var gedib oturub-durasan, biri də var həyat yoldaşı... 40 ildir eyni ailə ilə yaşayıram. Hərdən zarafatla deyirəm ki, 40 ildə insan eyni insanla oturar? Heyvan belə qaçır, uzaqlaşır.

Amma mən ayrı qala bilmərəm. Çox sağlam ailəm var. Həyat yoldaşı ömürboyu səninlədir. Ailə insanı sağlam saxlayır. Ailəsi olmayan adam, əsasən də kişi olmaz. Qadın tək özünü idarə edə bilir. Amma kişi yox. Kişi üçün müəyyən yaşdan sonra qadın olmasa, məhv olar". 

 

Open.az

ƏVVƏLKİ XƏBƏR

Qaçaq Nəbinin kəndi Aşağı Mollu - VİDEOREPORTAJ

SONRAKI XƏBƏR

Zərif Türkiyəyə gedir – Gündəmi açıqlandı