Xərçəngdən əziyyət çəkən aktrisa vəfat etdi

Xərçəngdən əziyyət çəkən aktrisa vəfat etdi

39 yaşlı tanınmış aktrisa Janett Maus vəfat edib.

Open.az xəbər verir ki, 2020-ci ilin aprelindən yoğun bağırsağ xərçəngindən əziyyət çəkən aktrisa, bir müddət əvvəl koronavirusa da yoluxub. Vəziyyəti ağırlaşan aktrisanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Janett Maus əsasən qısametrajlı filmlərdə müxtəlif obrazlar ifa edib.

Mərhum aktrisanı məşhurlaşdıran obraz - "Resident Evil Village" ifa etdiyi ifritə rolu olub.

Ülviyyə Həsənqızı

Mənbə: open.az