Akif Aşırlı Börüsoydan yazdı: "Qızğın müzakirələrə soyuq düşüncələr qatardı"

Akif Aşırlı Börüsoydan yazdı: "Qızğın müzakirələrə soyuq düşüncələr qatardı"

"Tanınmış jurnalist Ənvər Börüsoyu 1990-cı illər nəsli cox gözəl xatırlayar, milli məfkurənin formalaşmasında, təbliğində onun xidmətləri danılmazdır".

Bu sözləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı öz Feysbuk hesabında yazıb.

O, Ə.Börüsoyla bağlı xatirələrini də ərz edib:

"Həmin dövrdə çayxanalardan başlanan polemika və diskussiyaların davamı " Azərbaycan" Nəşriyyatında yekunlaşardı. Ənvər Börüsoy həmişə fərqli danışardı, əlini tez-tez kiçik, yumru gözlüyünə aparar, alnına doğru çəkərdi. Dəlillərini qarşısındakına sakit, emosiyasız catdırar, qızğın müzakirələrə soyuq düşüncələr qatardı.

Hətta 1992 -ci ilin əvvəlindən Azərbaycanda ilk dəfə "Bozqurd " qəzetini də cap etdirdi, milli - ideoloji yöndə təbliğat mexanizmi qurdu.

Axırıncı dəfə iki ay öncə Ənvər bəylə "Azərbaycan" Nəşriyyatında görüşdük, sınıxmışdı, xərçəngin cəngindən qurtaracağına əmin idi. Təəssüf, bu gün acı xəbər bizi yaxaladı. Haqq davası aparan əziz dostumuz haqqa qovuşdu. Məkanın ucalarda olsun, əziz dost !".

Qeyd edək ki, tanınmış jurnalist, sənətşünas və publisist Ənvər Börüsoy bu gün 61 yaşında dünyasını dəyişib. O uzun müddətdir, ağciyər xərçəngindən əziyyət çəkirdi.

 

Mənbə: sherg.az