Aktyor Tim Karri vəfat edib

Aktyor Tim Karri vəfat edib

İngilis-amerikalı kino və televiziya aktyoru Tim Karri 80 yaşında dünyasını dəyişib.

TMZ aktyorun ölümü barədə mənbələrinə istinadən məlumat yayıb.

Tim Karri 2012-ci ildə insult keçirib. Bundan sonra o, əlil arabasından istifadə edib və demək olar ki, filmlərdə çəkilməyib.

Aktyor daha çox 1990-cı ildə ekranlaşdırılan "O" filmindəki Pennivayz, 1975-ci ildə çəkilmiş "The Rocky Horror Picture Show" filmindəki doktor Frank-N-Furter və 1992-ci ildə ekranlara çıxan "Evdə tək 2" filmindəki cənab Hektor obrazları ilə tanınıb.

Mənbə: oxu.az