Bu da mənim sizə sürpriz təqdimatım, Aydan xanım!

Bu da mənim sizə sürpriz təqdimatım, Aydan xanım!

Dünya ədəbiyyatını tədris etdiyim Xəzər Universitetində yeni dərs dediyim qrupla əsl tanışlığım elə Aydan Nağıyevanın təqdimatı ilə başladı. Aristofanın "Atlılar”ını təqdim edən tələbənin təhlil qabiliyyəti məni heyrətləndirdi: "Mən hara düşmüşəm?!” Axtarış şövqlü tələbələrlə üz-üzə idim… Sonradan hər təqdimatında Aydanın orijinal təhlillərinin şahidi oldum.

Az əvvəl bildim ki, tələbəmiz, sən demə, həm də, yaxşı rəsmlər çəkır. Mənə tanışlıq üçün göndərdiyi rəsm işlərini görən peşəkarlar: "Kimdirsə, istedadlı rəssamdır,” dedilər. Son günlərdə isə fikrimi bilmək üçün qabaqca bir, sonra "gecə yenə gəlmişdilər” dodaqqaçıran cümləsinin müşayiəti ilə ikinci şeirini göndərdi.

Şeirlər fərqli düşüncəyə malik bir istedad sahibinin qələmindən çıxmışdı.

Aydan osmanlı türkcəsində yazır. Ona belə rahatdır. Tələbə olaraq araşdırmalarını da, əsasən, türk saytları əsasında aparır. Mənim təklifimlə özcəmizə də özü çevirib. Amma kiçik müdaxiləm olub. Çevirmədə müəyyən tələsiklik hiss oluna bilər. Üzərində çox dayanmadım. Orijinalı türkcədədir deyə.

Mətnləri təhlil etmək fikrim yoxdur, zatən, şeir şeirdirsə özü daha yaxşı danışar. Bir də belə nümunələrin təhlili əsl Devid Damroşluqdur…

Qardaşxan

Aydan

RUTİN

Sabah saat sekiz.

Evden çıkıyorumdur her zamanki adımlarla.

Garip sesler karıştı izlendiğim hissine.

Bir köpek yolun kenarında

Durmuş yaralı yaralı yalvarıyor bana.

Ben önüme bakarım...

Öğleden hemen önce.

İşler biraz durgun olunca

Bir adam gelir bayağı yaşlıca.

Anlatmaya değmeyecek kadar az giysili.

"Para değil, iş verin" der sadece.

Umursamam asla, paramı sayarım.

Ben önüme bakarım...

Öğle yemeği vakti.

Orta bir restoranda

Buğulu camın yanında

Yemeğimi yiyorumdur tadından memnuniyetsizce.

Manzaram: aç bir sefilin bakışları...

Bir tabakla memnuniyet hisseder belki.

Yemeğim soğuyor.

Ben önüme bakarım...

Akşam saat altı gibi.

Sokağın başından duyulur

Komşu kadınının şiddet çığlıkları,

Kocasının tehdit dolu lafları.

Hele de o sopanın havayı bölerken çıkardığı sesler...

Geçici sağırımdır o sokakta.

Ben önüme bakarım...

Akşam saat sekiz civarı.

Bir haber kaplıyor ekranı.

Sayılıyor kemikleri siyahın.

Yine malum yurtlarda kuraklık.

Bir kap su için bu kez insanların nöbeti.

Bana ne?

Kalkıp çiçeklerimi sularım hunharca.

Ben önüme bakarım...

Saat ona yaklaşıyor.

Gecikmiş gazetemin sayfaları yine kanlı.

Yine boy boy cinayetler çarparken gözüme

Alt satırlarda artık geçmiş ölülerin alametleri okunur.

Savaşlar olur...

Çocuklar ölür, kuşlar ölür, kelebekler ölür...

Hemen pembe dizime kaldırır kafamı

Ben önüme bakarım...

Gece on iki çanları çalar.

Birden zamanın akışı durur.

Eski bir resim albümü gibi

Geçer gözlerimin önünden toz basmış hayatım.

Ölümün sıcak nefesi basar beni,

Kararır ışığım bir anda.

Hayat karşımdan geçer hızlı adımlarla

Ben arkasından bakarım...

GÜNDƏLİK REJİM

Səhər saat səkkizdir.

Evdən çıxıram adi addımlarımla.

Qəribə səslər qarışdı izləndiyim hissinə.

Bir it yolun kənarında

Dayanıb yaralı-yaralı yalvarır mənə.

Yalvarışa laqeyd

Mən irəliyə baxaram...

Günortadan əvvəl.

İşlər bir az ləngiyəndə

Bir kişi gəlir olduqca qoca.

Təsvirə belə dəyməyəcək qədər geyimsiz-keçimsiz.

"Mənə pul yox, iş verin"- deyir sadəcə.

Xeyli vecsiz bir halda, pulumu sayaram.

Mən irəliyə baxaram...

Nahar vaxtı.

Orta bir restoranda

Qırovlu bir pəncərə yanında

Dadından narazı halda yeyirəm yeməyimi.

Mənzərəm: ac bir səfilin baxışları ...

Bu yeməkdən o, mütləq razı qalardı.

Nəysə, yeməyim soyuyar.

Mən irəliyə baxaram...

Axşam saat altı.

Küçənin başından eşidilir

Qonşu qadının ağrılı gözyaşları,

Ərinin hədə-qorxulu sözləri.

Hələ o zopanın havanı bölərkən çıxardığı səslər...

O küçədən keçəndə hamıyla birgə kar olaram.

Mən irəliyə baxaram...

Axşam saat səkkiz radələrində…

Bir xəbər ekranı ələ keçirir.

Sayılar sümükləri qaraların.

Yenə hökmdar kəsilib qəzəblə

Yenə məlum torpaqlarda quraqlıq.

Növbədədir insanlar bir qab su üçün.

Mənə nə?

Görməzlikdən gələrək qalxıb güllərimi sulayaram.

Mən irəliyə baxaram...

Saat ona yaxınlaşır.

Gecikən qəzetimin yenə qanlıdır səhifələri.

Saysız cinayət dəyəndə bir-bir gözümə

Keçmiş ölülərin əlamətləri keçir nəzərimdən.

Müharibələrdən də var burada ...

Ölən uşaqlar, ölən quşlar, ölən kəpənəklər...

Dərhal fikrimi romantik filmimə verərəm.

Mən irəliyə baxaram...

Gecə on iki zəngi çalınar,

Birdən dayanar zamanımın axını.

Köhnə bir şəkil albomu kimi

Toz basmış həyatım göz önündən keçər.

Ölümün alovlu nəfəsi məni boğar,

Qaralar işığım bir anda.

Həyat ancaq baxıb irəli

Qarşımdan keçər sürətli addımlarla.

Mən arxasından baxaram...

FELAKETİM

Umutlanmadım asla yarınlara,

Şimdimse sadece donuktu

Ve dün tam bir hayal kırıklığından ibaretti.

Bir çok küçük, iki çok büyüktü hep bana.

Ben bir yaş daha büyüyemezdim mesela.

Hiçbir şeyim zamanında olmazdı.

Hiç "zaman"ım da olmadı benim,

Ya da "zaman" benim için değildi

Saatler çok kısayken (tik tak, tik tak, tik tak)

Saniyeler uzayışlarıyla alay ediyor gibiydi hep.

Toprağı kalabalık olan ıssız adamda

Böyle anlardaydı felaketim.

Sessiz bakan gözlerimden

Çığlık-çığlığa akan gözyaşlarımdaydı isyanım.

İsyancılar-anılarımda gömülen hayallerim...

Bir muhafızcasına birleşen kirpiklerim

Asla durduramazdı isyancıları.

Çoğu zamanda böyle anlardaydı felaketim.

"Geçmiş" adlanan hatıra defterim

Haksız çıkmamak için haklı olduğum anların

suskunluğuyla dolup taşarken

Bana sadece onların açtığı kırışlar kaldı hep.

Hayat usandırıcıydı...

"Günah"ların yetiştiği "pişmanlıklar" ormanında

"Keşke"lerin usanmaz takibinden kaçarken

Böyle anlarda da uğrardı felaketim.

Belki de, felaket hep böyle anlarda geliyor

Bense sadece anlam yüklüyordum o anlara

Umutlanmadım asla yarınlara,

Şimdimse sadece donuktu

Ve dün tam bir hayal kırıklığından ibaretti.

VAXTSIZ QONAQ

Ümidlənmədim əsla sabahlara,

İndimsə donuqdu sanki

Və dünən, sadəcə, məyusluqdan ibarətdi.

Bir çox kiçik, iki çox böyük idi mənə,

Yaşım bir-bir artmazdı, məsələn.

Heç bir işim vaxtında olmazdı.

Heç "vaxtım" da olmadı,

Ya da bu "vaxt" mənə aid deyildi.

Saatlar qısaykən (tik tak, tik tak, tik tak)

Saniyələr uzanmasıyla lağ edirmiş kimiydi həmişə

Torpağı insan dolu tənha adamda

Belə anlardaydı fəlakətim.

Səssiz baxan gözlərimdən

Çığır-bağırla axan gözyaşlarımdaydı üsyanım.

Üsyançılar-xatirələrimdə basdırdığım xəyallar...

Qoruyurcasına birləşən kirpiklərim

Əsla durduramazdı üsyançıları,

Çox vaxt belə anlardaydı fəlakətim.

"Keçmiş" adlanan xatirə dəftərim

Haqsız çıxmamaq üçün

haqlı olduğum anların susqunluğuyla dolub-daşarkən

Mənə, sadəcə, onların açdığı qırışlar qaldı həmişə.

Həyat usandırıcıydı...

"Günah"ların yetişdiyi

"Peşmanlıq"lar meşəsində

"Kaş ki"lərin usanmaz təqibindən qaçarkən

Belə anlarda da gəlirdi fəlakətim.

Bəlkə də, fəlakət elə həmişə belə anlarda gəlir,

Mənsə, sadəcə, anlam yükləyirim o anlara.

Ümidlənmədim əsla sabahlara,

İndimsə, sadəcə, donuqdu,

Və dünən tam bir məyusluqdan ibarətdi.

Mənbə: qaynarinfo.az