Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Türk musiqisinin məşhur simalarından Sibel Canla özündən 10 yaş kiçik iş adamı Emir Sarıgülün uzunmüddətli münasibətlərində yeni mərhələyə qədəm qoyur. Cütlüyün sentyabrın 17-də Muğlanın Marmaris şəhərində keçiriləcək dəbdəbəli toy mərasimində evlənəcəyi bildirilir.

İllərdir münasibətlərini ictimaiyyətin diqqətindən uzaqda yaşayan cütlüklə bağlı daha əvvəl Cənubi Fransada gizlicə və ya Mayamidə evlənəcəkləri barədə xəbərlər yayılmışdı.

İndi isə onların evlilik qərarı verdiyi və hazırlıqlara başladığı bildirilir.

Məlumata görə, toy mərasimində incəsənət, biznes və media dünyasından təxminən 500 nəfərin iştirakı gözlənilir.

Qonaqların Marmarisə aparılması üçün şəxsi təyyarələr və müxtəlif transfer vasitələrinin ayrıldığı da deyilir.

Mustafa Sarıgülün oğlu Emir Sarıgül 2008-ci ildə Fatoş Altınbaşla ailə qurub. Onların evliliyi 2019-cu ildə boşanma ilə başa çatıb. Sibel Can isə üçüncü dəfə ailə qurmağa hazırlaşır.

Müğənninin ilk evliliyi 1988-1999-cu illərdə aktyor Hakan Uralla olub. Bu evlilikdən Engincan və Melisa adlı iki övladı var.

Sibel Can 2000-2010-cu illərdə isə iş adamı Sülhi Aksütlə evli olub. Cütlüyün bu münasibətdən Emir adlı bir oğlu dünyaya gəlib.

Mənbə: qafqazinfo.az