16 yaşlı küçə ifaçısı 1 milyon qazandı – Yarışmanın qalibi oldu

16 yaşlı küçə ifaçısı 1 milyon qazandı – Yarışmanın qalibi oldu

“America’s Got Talent” şousunun 21-ci mövsümünün qalibi açıqlanıb.

Qalib 16 yaşlı Taylandlı rok ifaçısı Nene Royal olub. O, tamaşaçıların səsverməsi nəticəsində birinci seçilib və 1 milyon dollar mükafat qazanıb.

Nene Royal müsabiqədə ilk çıxışından etibarən münsiflərin diqqətini çəkib. Gənc ifaçı “The Cranberries” qrupunun “Zombie” mahnısını ifa edərək həm vokalı, həm də gitara ifası ilə böyük rəğbət qazanıb.

Finalda isə o, “The White Stripes” qrupunun məşhur “Seven Nation Army” mahnısını səsləndirib.

Finalda sehrbaz Geno Ploeger ikinci, Hundred Fingers qrupu üçüncü, Royal Lasers dördüncü, Veronika Goroshkova isə beşinci olub.

Final gecəsində ötən mövsümün qalibi Cessika Sançez də səhnəyə çıxıb.

Aydan Hacı


Mənbə: yenisabah.az