Kubilayın serialı final edir

Kubilayın serialı final edir

Reytinqlərin gözləntiləri doğrultmaması səbəbindən baş rollarını Kubilay Aka və Hafsanur Sancaktutanın paylaşdığı “Mercan Köşk” serialının finalı olacaq.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Tarsusun tarixi atmosferində çəkilən serialın yeddinci bölümlə yekunlaşdırılmasına qərar verilib.

Aktyor heyətindən Mehmet Özgürün şayiələri təkzib edərək “Bu şənbə yayımlanacaq beşinci bölüm möhtəşəmdir. Altıncı bölüm daha da yaxşıdır. Sabah yeddinci bölümün çəkilişlərinə davam edirik. Eşitdikləriniz yalandır!” deməsinə baxmayaraq, kanal rəhbərliyi serialı vaxtından əvvəl başa çatdırmaq qərarından geri dönməyib.

Mənbə: qafqazinfo.az