Türkiyədə keçirilən toy mərasimində lentə alınan görüntülər sosial şəbəkələrdə maraq doğurub.
Mərasim zamanı türk gəlin və anası müğənni Aysun İsmayılovanın "Qızım" adlı mahnısının sədaları altında rəqs ediblər. Mahnının təsirindən duyğulanan ana və qızın göz yaşlarını saxlaya bilməməsi diqqət çəkib.
Səmimi və kövrək anların əks olunduğu video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər ana ilə qızın duyğusal rəqsinə maraq göstəriblər.
Mənbə: news.milli.az