Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Nadir Qafarzadə sosial şəbəkədə yaydığı video müraciətində bəzi toy təşkilatçılarına sərt etirazını bildirib:
“Sözüm bəzi haramzadələrədir. Söhbət toy sifarişlərindən gedir. Mən bu gün bütün musiqiçilər və müğənnilər adından danışıram. Onlar ürək eləmirlər, amma mən bacarıram danışmağı.
Bəzi təşkilatçılar var ki, toy sahiblərini elə yönləndirirlər ki, bir müğənnini pisləyib öz müğənniciklərini qabağa verirlər, toy sahiblərinin beyninə yeridirlər. Nəticədə toy sahibi istədiyi müğənnini çağıra bilmir. Yalandan pisləyirlər ki, filankəs belədir, filankəsi çağır və sairə. Heç utanmırsınız siz? Haramınız olsun sizin! Evinizə haram pul aparırsınız, haram qazanırsınız!
Bəzilərinə aiddir. Təşkilatçılar və toyla əlaqəli elə insanlar var ki, toy sahibləri onlardan məsləhət alırlar, onlar da insanları başqa yola yönəldirlər. Tüpürüm sizin üzünüzə!
Potensialımız var, gücümüz var, biz niyə də qazanmayaq? İnsan həyata pul qazanmaq, yaşamaq üçün gəlib. Biz də bunu bacarırıq, amma siz bizim haqqımıza girirsiniz. Siz şeytansınız”, – deyə müğənni bildirib.
Mənbə: musavat.com