“Adətən belə filmlərdə qəhrəmana nəsə olmur”

“Adətən belə filmlərdə qəhrəmana nəsə olmur”

Xalq artisti Qurban İsmayılov AZTV-nin “Hədəf” verilişində “44” bədii filmi barədə fikirlərini bölüşüb.

O bildirib ki, bu filmdə hər şey olduğu kimi təqdim edilib:

“Bu filmdə hər şey var. Qəhrəmanlıq tariximiz, hərbçilərin bir-birinə görə özünü qurban verməyi. Adətən belə filmlərdə qəhrəman düşməni öldürür, özünə nəsə olmur. Bu filmin üstün cəhətlərindən biri odur ki, hər şey real göstərilib. Bizim şəhidlərimizin necə həlak olduğu göstərilir. Biz adi, sadə düşmənə qalib gəlməmişik. Məkrli, güclü bir düşmənə qalib gəlmişik”.

Aktyor həmçinin bildirib ki, olanların unudulmaması üçün belə filmlərin sayı artmalıdır:

“Şəhidlər, valideynləri, qazilərimiz unudulmamalıdır. Onlar bizim üçün canlarından, sağlamlığından keçiblər. Bizim gələcək nəsillər üçün, ölkədə əmin-amanlığın olması üçün biz də hər şeyə hazır olmalıyıq. Bu filmlərin sayı çoxalmalıdır ki, biz olanları unutmayaq”.

Mənbə: qafqazinfo.az