Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdəki tarixi malikanəsi 24,75 milyon dollara satılıb. Əvvəlki xəbərlərdə müğənni Madonnanın alacağı bildirilən əmlakın yeni sahibinin kimliyi açıqlanmayıb.
Los-Ancelesin Los Feliz bölgəsində yerləşən mülk vaxtilə məşhur rejissor Sesil B. DeMillə məxsus olub. Altı yataq otağı və 10 vanna otağı olan malikanənin ərazisində qonaq evi və şəxsi hovuz da var.
Mənbə: publika.az