Türkiyəli mərhum aktyor Kadir İnanırın həyat yoldaşı Jülide Kural sənətçinin Ordu vilayətinin Fatsa rayonunda yerləşən ata-baba torpaqlarını onun qardaşı qızı Gül Bakıra verməyi təklif etdiyini açıqlayıb.
Jülide "Gel konuşalım" proqramında mövzu ilə bağlı danışaraq bildirib ki, Kadir İnanırın xəstəlik dövründə yanında olan və ona qayğı göstərən yeganə qohumu Gül Bakır olub:
"O, heç nə tələb etmədi. Mən də miras qalan torpaqları ona təklif etdim. Dedim ki, dayına çox zəhmətin dəyib, bu torpaqlar sənin haqqındır".
Qeyd edək ki, Kadir İnanır iyunun 26-da 77 yaşında vəfat edib. Onun 2022-ci ildə notariusda tərtib etdiyi sənəddə əmlakını uzun illər həyat yoldaşı olmuş Jülide Kurala vəsiyyət etdiyi bildirilir. Vəsiyyətnamənin açıqlanması ilə bağlı məhkəmə prosesi isə bəzi vərəsələrə bildirişlərin çatdırılmaması səbəbindən dekabrın 17-dək təxirə salınıb.
Mənbə: publika.az