“Çalışırıq ki, Nizaminin ədalət prinsiplərindən dünya ölkələri bəhrələnsin” (VİDEO)

“Çalışırıq ki, Nizaminin ədalət prinsiplərindən dünya ölkələri bəhrələnsin” (VİDEO)

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami Gəncəvi dəyərlərindən bütün dünya ölkələrinin bəhrələnməsi üçün çalışır.

Bunu REAL-a müsahibəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldi deyib.

"“NGBM”, yəni Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dedikdə buradakı beynəlxalq sözünü vurğulamalıyıq. Çünki, bu mərkəz ölkələrin indiki və sabiq liderlərinin, elmi-akademik fəaliyyəti ilə tanınan şəxslərin böyük şəbəkəsini qurur. Bu şəbəkə müasir dünya məsələlərini Nizaminin dəyərləri əsasında müzakirə edir. Məktubumuzun sərlövhəsinə də baxsanız görərsiniz ki, biz müxtəlif fikirlərə, dialoqlara və qarşılıqlı anlayışa açıq olan, beynəlxalq təşkilatıq. Təşkilatın builki planlarına gəlincə isə, müxtəlif agentliklər, mədəniyyət nazirliyi ilə birlikdə müəyyən yerli tədbirlər keçiriləcək. Beynəlxalq miqysada da bir neçə tədbir, o cümlədən, ən böyük tədbir olan Qlobal Bakı Forumunun keçirilməsini nəzərdə tuturuq. Bu forumu son 7 ildir ki, hər il keçirirdik. Təkcə, ötən il “Covid” pandemiyası ilə əlaqədar tədbiri keçirmək mümkün olmadı. Ümid edirəm ki, bu il baş tutacaq. Tədbirdə dünyanın ilqim dəyişikliyi, yoxsulluq, aclıq kimi problemləri də daxil olmaqla müxtəlif məsələləri gündəmə gətirəcəyik. Eyni zamanda, dahi Nizami Gəncəviyə, Gəncə və digər yerlərə aid olan məsələləri müzakirə edəcəyik. Ümid edirəm ki, Nizami ilə bağlı 2 cilddə kitabın təqdimatı olacaq. Həm də beynəlxalq ictimaiyyətin Nizami haqqında daha çox məlumatlı olması üçün ingilis dilində də kiçik kitab nəşr edəcəyik", deyə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldi bildirib.
.

 

Mənbə: www.realtv.az