Məşhur serialların ilham mənbəyi olan qadın-FOTO

Məşhur serialların ilham mənbəyi olan qadın-FOTO

Türk televiziyalarında yayımlanan "İstanbullu Gelin", "Doğduğun Ev Kaderindir", "Kırmızı Oda", "Masumlar Apartmanı", və "Camdakı Kız" seriallarının ilham mənbəyi olan, tanınmış psixoloq-yazıçı Gülseren Budayıcıoğlu "Masumlar Apartmanı" serialının çəkiliş meydançasına qonaq olub.

Open.az xəbər verir ki, "Masumlar Apartmanı" serialı Gülseren Budayıcıoğlu'nun "Madalyonun İçi" adlı romanının motivləri əsasında ekranlaşdırılıb.

Serialda "Safiye" obrazını canlandıran Ezgi Mola və "Gülben" obrazının ifaçısı Merve Dizdar ilə foto çəkdirən Gülseren Budayıcıoğlu, roman qəhrəmanlarını ekranda yaradan aktrisaları çox sevdiyini bildirib.

Ülviyyə Həsənqızı

 

 

Mənbə: open.az