"Bundan sonra aktyorluq edəcəyəm"

Türkiyəli müğənni Sərdar Ortaç açıqlaması ilə diqqət çəkib.

Open.az xəbər verir ki, sənətçi bundan sonra daha çox aktyor kimi fəaliyyət göstərəcəyini açıqlayıb:

"Mahnını heç vaxt həyatımdan çıxarmaram. Amma bundan sonra aktyorluq edəcəyəm. Bir neçə layihə təklifi almışam. Uyğun olan bir ekran işində rol alacağam".

Qeyd edək ki, S.Ortaç hazırda "Menajerimi ara" serialında qonaq aktyor kimi rol alır.

Open.az

ƏVVƏLKİ XƏBƏR

Fransada pandemiya dövründə məktəblərdə vəziyyət

SONRAKI XƏBƏR

Sərt şaxta səbəbilə enerjinin qiyməti kəskin qalxdı - Naqillər sıradan çıxıb